Müasir suvarma sahələri 300 min hektara çatdırılacaq - Nazir müavini
Bu gün su resurslarından səmərəli istifadə kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin

Bu gün su resurslarından səmərəli istifadə kənd təsərrüfatında ən aktual məsələlərdən biridir. İqlim dəyişmələri, yağıntıların azalması, suya tələbatın artması bizi daha qənaətli və daha səmərəli suvarma texnologiyalarına keçməyə məcbur edir Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda keçirilən Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirədə çıxışı zamanı deyib Nazir müavini bildirib ki, Dövlət Proqramında müasir suvarmanın tətbiqinin genişləndirilməsi, sudan faydalı istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib “Bu istiqamətdə pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək. Hazırda müasir suvarma sistemləri quraşdırılmış sahələr 130 min hektardır. 2030-cu ilə qədər bu göstəricinin 300 min hektara çatdırılması proqnozlaşdırılır. Bunun 88,1 min hektarı 22 hədəf rayonda, 12 min hektarı isə 8 perspektiv rayonda nəzərdə tutulur. Müasir suvarma ilə bağlı əsas dəstək tədbirləri də konkret müəyyən edilib. Müasir suvarma sistemləri fermerlərə güzəştli qiymətlərlə satılacaq. Qalıq dəyərinin güzəştli kredit şərtləri ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Bu sahədə fermerin ilkin ödəniş yükünün azaldılması, güzəşt müddətinin artırılması, qalan hissənin isə güzəştli kreditlə maliyyələşdirilməsi mexanizmi formalaşdırılır”, - deyə nazir müavini əlavə edib İlhamə Qədimova qeyd edib ki, müasir suvarma sistemləri ilə təchiz olunmuş əkin sahələri üçün fermerlərə əlavə subsidiya verilir: “Hazırda bu məbləğ hər hektara görə 60 manat təşkil edir. Bu dəstək fermeri daha qənaətli suvarma texnologiyalarına keçməyə stimullaşdırır. Müasir suvarmanın üç əsas nəticəsi var: birincisi, sudan səmərəli istifadə olunur; ikincisi, məhsuldarlıq artır; üçüncüsü, ümumi istehsal həcmi yüksəlir. Bu, həm fermerin gəlirinə, həm də ölkənin ərzaq təminatına birbaşa təsir göstərir”
Diğer Haberler

75-ci məktubun işi məxfilikdən çıxarıldı. Onu imzalayanlar həbsdə olarkən, Taşiyev çoxuşaqlı ailəyə ev verir

Şəxsi hesabda xeyriyyə məqsədilə pul yığılmasının qadağan edilməsi təklif edilir
