Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Yusif Tarverən oğlu Abdullayevə məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçiriblər Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat ver

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Yusif Tarverən oğlu Abdullayevə məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçiriblər Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib Bildirilib ki, yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub, “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar aparılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


