Məmdani həddini aşdı: Türkiyə və Azərbaycanı hədəfə aldı
Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşən Zöhran Məmdani 24 Aprel Erməniləri Anma Günü ilə bağlı X sosial media platformasındakı paylaşımında Türkiyə və Azərbaycana qarşı həddindən artıq ifadələr işlədib. 1915-ci il hadisələrinin 111-ci ildönümünə işarə edən Məmdani Osmanlı İmperiyası dövründə

Nyu-Yorkun ilk müsəlman meri kimi tarixə düşən Zöhran Məmdani 24 Aprel Erməniləri Anma Günü ilə bağlı X sosial media platformasındakı paylaşımında Türkiyə və Azərbaycana qarşı həddindən artıq ifadələr işlədib. 1915-ci il hadisələrinin 111-ci ildönümünə işarə edən Məmdani Osmanlı İmperiyası dövründə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib Mamdani paylaşımında "Bu gün Erməni Soyqırımının 111-ci ildönümüdür. Biz Osmanlı İmperiyası tərəfindən müasir Türkiyə, Suriya və Ermənistan torpaqlarında qətlə yetirilən 1,5 milyon ermənini anarkən, tarixin təkrarlanmasına imkan verməməliyik" deyib Öz postunda 2020-ci il Dağlıq Qarabağ müharibəsini xatırladan Mamdani Azərbaycan və Türkiyə hərbi qüvvələrinin Dağlıq Qarabağda erməni əhalisinə hücum etdiyini iddia edib. Mamdani Azərbaycanın 2023-cü ildə 100 mindən çox ermənini Dağlıq Qarabağdan çıxardığını iddia edib və bu prosesi “100 il əvvəl başlayan soyqırım kampaniyasının davamı” kimi qiymətləndirib Yazısının sonunda Mamdani erməni xalqının azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etdiyini bildirib. “Bu anım günündə biz erməni xalqının və bütün xalqların azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyin etmək hüququnu bir daha təsdiqləyirik”, - deyə o bildirib


