Tenqri
Ana Səhifə
Dünya

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi za

0 baxışazertag.az
Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb
Paylaş:

Hesabat dövründə fiskal intizam qorunmaqla, büdcə qaydasının göstəriciləri yuxarı hədlər daxilində icra olunub AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 12-də keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib Nazirin sözlərinə görə, 2025-ci ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 18,6 faiz təşkil edib və bu, 22 faiz səviyyəsində müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz-bəndi azdır. Sahil Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb və əvvəlki illə müqayisədə 2,8 faiz bəndi artıb Dövlət borcunun idarə edilməsi sahəsində müsbət dinamikanın qorunduğunu qeyd edən nazir 2026-cı il iyunun 1-nə dövlət borcunun 24,1 milyard manat və ya ÜDM-in 18,4 faizi səviyyəsində olduğunu bildirib: “Bu göstərici ilin əvvəli ilə müqayisədə 11,9 faiz azalıb. Dövlət istiqrazlarının orta ödəmə müddətinin 3,8 ilə çatması, 7 və 10 illik istiqrazların borc portfelindəki payının artması portfelin keyfiyyətinin yaxşılaşmasını göstərir” Nazir, həmçinin Dövlət Neft Fondunun 2026-cı ilin 1 yanvar tarixinə olan aktivlərinin 13,5 milyard ABŞ dolları artaraq 73,5 milyard ABŞ dollarına çatdığını, makroiqtisadi sabitlik və inkişaf üçün güclü uzunmüddətli bufer yaratmağa imkan verdiyini vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler