Tenqri
Ana Səhifə
Dünya

Madyar Macarıstan Prezidentini istefaya çağırıb - YENİLƏNİB

Macarıstanın yeni Baş naziri Peter Madyar ölkə Prezidenti Tamaş Şuyyoku istefa verməyə çağırıb "Report"un məlumatına görə, bu barədə "24hu" portalı xəbər verir "Mən əvvəlki sistemin siyasi xadimləri olmuş institusional rəhbərləri cəsarət göstərməyə və mayın 31-dək istefa verməyə çağırıram. Qoy Tam

0 baxışreport.az
Madyar Macarıstan Prezidentini istefaya çağırıb - YENİLƏNİB
Paylaş:

Macarıstanın yeni Baş naziri Peter Madyar ölkə Prezidenti Tamaş Şuyyoku istefa verməyə çağırıb "Report"un məlumatına görə, bu barədə "24hu" portalı xəbər verir "Mən əvvəlki sistemin siyasi xadimləri olmuş institusional rəhbərləri cəsarət göstərməyə və mayın 31-dək istefa verməyə çağırıram. Qoy Tamaş Şuyok bu prosesə start versin!", – Madyar parlamentdə çıxışı zamanı bəyan edib O, həmçinin qeyd edib ki, yeni hökumətin ilk addımlarından biri Aktivlərin qorunması və qaytarılması üzrə Milli İdarənin yaradılması olacaq. Qurum dövlət satınalmaları sistemindəki pozuntuları, qiymət artımlarını və s. araşdıracaq. Qurumun fəaliyyətinə parlament nəzarət edəcək Macarıstan parlamenti "Tisa" partiyasının lideri Peter Madyarın ölkənin Baş naziri postuna namizədliyini təsdiqləyib "Report" xəbər verir ki, bu barədə Macarıstan mediası məlumat yayıb Ümumilikdə 199 parlament üzvündən 195-i səsvermədə iştirak edib: 140 nəfər lehinə, 54 nəfər əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb Bu vəzifədə Madyar 2010-cu ildən bəri Baş nazir olan Viktor Orbanı əvəz edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler