Tenqri
Ana Səhifə
Dünya

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan 15 İyun – Milli Qurtuluş Gününü qeyd edirik. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, siyasi sabitliyin bərpa olunmasının və xalqın ümidsizlikdən ümidə doğru yönəlməsinin başlanğıcı olub. Qədirbilən xalq

0 baxışazertag.az
Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH
Paylaş:

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan 15 İyun – Milli Qurtuluş Gününü qeyd edirik. Bu əlamətdar gün müstəqil Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasının, siyasi sabitliyin bərpa olunmasının və xalqın ümidsizlikdən ümidə doğru yönəlməsinin başlanğıcı olub. Qədirbilən xalqımız bu bayramı hər il olduğu kimi yenə də dərin ehtiramla qeyd edir. Çünki xalqımız müstəqilliyimizin bərpasının ilk illərində yaşadığı tariximizin ən ağrılı, faciəli günlərini yaxşı xatırlayır Bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib Deputatın sözlərinə görə, 1990-cı illərin əvvəllərində bir tərəfdən AXC-Müsavat hakimiyyətinin səriştəsiz idarəçiliyi, başıpozuq silahlı dəstələrin qanunsuz əməlləri, ölkənin müxtəlif bölgələrində separatçılıq meyillərinin güclənməsi və bütün bunların vətəndaş qarşıdurması təhlükəsi yaratması Azərbaycanı dövlət müstəqilliyini itirmək həddinə gətirib çıxarmışdı. Digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın işğalı genişlənir, ölkə dərin siyasi, iqtisadi və sosial böhran içərisində çətin günlər yaşayırdı. Azərbaycan həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə ciddi çətinliklərlə üzləşmiş, dövlətçiliyimizin taleyi real təhlükə altına düşmüşdü.:”Xüsusilə, 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, eyni zamanda, həmin faciəli hadisələrdən az sonra hakimiyyətə gələn yeni iqtidarın ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmışdı. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı isə Azərbaycan dövlətçiliyinin real təhlükə ilə üz-üzə olduğunu göstərdi. Cəmiyət sarsıntı içində idi. Xalq sabah nə baş verəcəyindən narahatlıq hissi keçirirdi. Məhz belə bir ağır və kritik şəraitdə xalq öz nicat yolunu Ulu Öndər Heydər Əliyevin şəxsiyyətində və onun siyasi hakimiyyətə gəlişində görürdü. Ona görə ziyalılar, ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasını yaratdılar. O zaman partiyanın yaradılması üçün Ulu Öndər Heydər Əliyevə müraciət edilməsi təsadüfi deyildi. Dahi şəxsiyyətin siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətləri və vətənpərvərliyi mütərəqqi düşüncəli insanların onun ətrafında sıx birləşməsi zərurətini yaradırdı. Burada, şübhəsiz ki, Ulu Öndərin ci illərin əvvəllərində gördüyü işlər də xüsusi önəm daşıyırdı” Sevinc Hüseynova qeyd edib ki, digər mühüm amil isə Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü ilə bağlı idi. “Həmin vaxt Naxçıvan Ermənistanın hərbi təcavüzü ilə üz-üzə idi. Muxtar respublika blokada şəraitində yaşayırdı. Ulu Öndər Heydər Əliyev bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, Türk dünyası üçün mühüm önəm daşıyır. Çətinliklərə, hakimiyyətin ögey münasibətinə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Naxçıvanı qorudu, işğal edilməsinə imkan vermədi. Bu baxımdan, ictimaiyyət əmin idi ki, Azərbaycanı yaranmış təhlükəli vəziyyətdən də yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilər. Ümummilli Lider Heydər Əliyevin özü isə ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız təqiblərinə məruz qalırdı. Lakin hakimiyyətin Ulu Öndər Heydər Əliyevə qarşı bütün məkrli planları iflasa uğradı. 1993-cü ilin gərgin günlərində elə həmin iqtidar Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə böyük risklərə baxmayaraq, dövlətin qorunması məsuliyyətini öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış təkcə bir siyasətçinin hakimiyyətə gəlməsi deyildi, bu, xalqın, dövlətçiliyin xilas edilməsi, Azərbaycanın gələcəyinin təmin olunması idi. Məhz 15 iyun 1993-cü il - Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildiyi tarix müstəqil Azərbaycanın siyasi taleyində dönüş nöqtəsi oldu, vətəndaş müharibəsinin, xaosun və parçalanmanın qarşısının alınmasında həlledici rol oynadı. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi isə ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu”, - deyə o diqqətə çatdırıb Deputat bildirib ki, Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Beləliklə, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq göstərdi, Azərbaycanı məhv olmaqdan xilas etdi, ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Ulu Öndərin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi:”Ulu Öndər Heydər Əliyev hər cür qəsdlərdən qoruduğu Azərbaycanı yenidən qurdu, hüquqi dövlət quruculuğu prosesini həyata keçirdi, ölkəmizin inkişaf yollarını müəyyən etdi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının yaradılması müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Media üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Beləliklə, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı” Sevinc Hüseynova vurğulayıb ki, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya da 1993-cü ildən sonra müəyyənləşdirildi. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı. Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edirdi. 1994-cü il sentyabrın 20-də Bakıda 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu Öndərin xarici siyasət strategiyasının prioritetlərindən birini də keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Ulu Öndər Heydər Əliyev bu prosesdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müəyyən etdi "Müasir Azərbaycan Ulu Öndərin ideyalarının reallaşmasıdır. Bu gün Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan , dünyada səsi eşidilən qüdrətli dövlətdir. Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Həmin siyasətin nəticəsi olaraq 2020-ci ildə xalqımızın 30 illik həsrətinə son qoyuldu – torpaqlarımız işğaldan azad olundu, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, həm də Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi idi. Artıq Ulu Öndərin ruhu şaddır. Bugünkü reallıqlar çərçivəsində biz artıq yeni mərhələyə – Böyük Qayıdış və sülh mərhələsinə qədəm qoymuşuq. Qarşıda dayanan əsas vəzifəmiz işğaldan azad edilmiş ərazilərimizin bərpası və insanların öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtmasının təmin olunmasıdır. Bu gün biz azad Şuşada, Xankəndidə, Laçında, Zəngilanda Azərbaycan Bayrağının dalğalandığını görürük. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Novruz tonqalını alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Artıq həmin ərazilərdə həyat canlanır, öz axarına düşür, yeni məktəblər, xəstəxanalar, yollar, hava limanları inşa olunur, keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarında məskunlaşırlar. Əldə olunmuş qələbələr təkcə Azərbaycanın deyil, bütün bölgənin inkişafi üçün yeni imkanlar açdı. Cənubi Qafqazda əsirlərdən sonra sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar olunmasının bünövrəsi qoyuldu. Ulu Öndərin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz, sülh və sabitliyin təmin edilməsi olub. Ümummilli Lider daim vurğulayırdı ki, Azərbaycan sülhpərvər dövlətdir və regionda davamlı sülhün təmin edilməsi əsas prioritetlərdəndir. Bu gün həmin siyasət uğurla davam etdirilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli maraqları ən yüksək səviyyədə təmin edilir. Artıq qüdrətli Azərbaycan, qalib xalqın Qalib Lideri , Zəfər səlnaməsinin müəllifi ən yüksək kürsülərdən dünya ictimaiyyətinə tarixi ədaləti və beynəlxalq hüququ savaş meydanında bərpa edərək sülhün əldə olunması təcrübəsini bölüşür. Bu Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Bu, müstəqilliyimizin və Milli Qurtuluş Gününün bəhrəsidir!", - deyə deputat bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler