Litva və Polşa 5 min ABŞ əsgərini yerləşdirməyə hazır olduqlarını bildiriblər
Litva prezidentləri Gitanas Nauseda və Polşa Karol Navrocki Pentaqonun Almaniyadan çıxarmağı planlaşdırdığı 5 minə yaxın amerikalı əsgəri öz ərazilərində yerləşdirməyə hazır olduqlarını açıqlayıblar "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə iki dövlətin başçıları birgə mətbuat konfransın

Litva prezidentləri Gitanas Nauseda və Polşa Karol Navrocki Pentaqonun Almaniyadan çıxarmağı planlaşdırdığı 5 minə yaxın amerikalı əsgəri öz ərazilərində yerləşdirməyə hazır olduqlarını açıqlayıblar "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə iki dövlətin başçıları birgə mətbuat konfransında bildiriblər "İlk növbədə, biz Almaniyadan çıxarılan hərbi qulluqçuların Avropada qalmasını təmin etməkdə maraqlıyıq. Biz onları qəbul etməyə hazırıq, bacardığımız qədər çox müttəfiq qəbul etməyə hazırıq", - Nauseda birgə mətbuat konfransında qeyd edib Navroçki də oxşar mövqe bildirib: "ABŞ prezidenti Donald Tramp Almaniyadakı kontingenti azaldacaqsa, Polşa bu hərbi personalı qəbul etməyə hazırdır. Bizdə lazımi infrastruktur var"


