Lisey rəisi: Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır "Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan me

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətə başlaması Ulu Öndərin adı ilə bağlıdır "Report" xəbər verir ki, bu barədə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan mediatur zamanı liseyin rəisi polkovnik Anar Mirzəyev bildirib Mediatur iştirakçıları əvvəlcə Hərbi Liseyin ərazisində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər Sonra liseyin rəisi polkovnik Anar Mirzəyev lisey haqqında məlumat verib. O vurğulayıb ki, liseyin fəaliyyətə başlaması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda milli kadrların hazırlanmasına böyük önəm verən Heydər Əliyev hərbi sahədə də azərbaycanlı zabitlərin hazırlanmasına xüsusi diqqət ayırıb Liseydə fəaliyyət göstərən Heydər Əliyevin adını daşıyan muzey ziyarət olunub, burada dahi rəhbərə həsr olunmuş ekspozisiyalar barədə, həmçinin, muzeyin yaranma tarixi, fəaliyyəti barədə media nümayəndələrinə məlumat verilib Mediatur çərçivəsində qonaqlara Hərbi Lisey haqqında geniş brifinq təqdim olunub. Bildirilib ki, MMU-nun tabeliyində fəaliyyət göstərən C.Naxçıvanski adına Hərbi Lisey Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə, Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb Azərbaycan Ordusunda xidmət edən savadlı və bacarıqlı zabitlərin yetişdirilməsində Hərbi Liseyin müstəsna rolu olduğu diqqətə çatdırılıb Mediatur iştirakçılarına məlumat verilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Bura 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən test imtahanlarını verməklə qəbul olunurlar Mediatur zamanı liseyin kursantları təhsilləri ilə bağlı təəssüratlarını bölüşüblər Kursant Vaqif Balayev deyib ki, burada təhsil almaqdan qürur hissi keçirir: "Liseydə Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı, eləcə zabit olmaq yolunda ilk addımları atmaq üçün hər bir şərait yaradılıb" Media nümayəndələri liseyin tədris binası ilə tanış olublar. Müasir avadanlıqla təchiz olunan binada kursantların bilik və bacarıqlarını inkişaf etdirməsi üçün lazımı şərait yaradılıb Liseydə kursantların üzgüçülük və fiziki bacarıqlarını inkişaf etdirməsi üçün hovuz, eləcə də müasir idman kompleksi fəaliyyət göstərir, onlar günün nizam qaydasına uyğun olaraq burada üzgüçülüklə məşğul olurlar Burada yerləşən tədris korpusunda kursantların gündəlik dərs fəaliyyəti təşkil olunur. Onlara hərbi fənlərlə yanaşı, mülki fənlər də tədris olunur Liseyin müəllimləri dərs prosesi barədə məlumat verib Liseydə rus dili müəlliməsi Maisə İmanova deyib ki, liseyin həm məzunları, həm də şəhid olan kursantları var: "Onların xatirəsini daim ehtiramla yad edirik. Döyüşlərdə yaralanan məzunlarımıza isə şəfa diləyirik. Hər biri ilə qürur duyuruq, çünki onlar cəsur, qorxmaz və mərd Vətən övladlarıdır. Bu kursantlara biz dərs demişik. Ümid edirik ki, gələcəkdə bir daha müharibə olmayacaq və kursantlarımız dinc şəraitdə xidmət edəcəklər. Bu gün Azərbaycanın qalib ölkə olmasının əsas səbəbi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətidir. Nə yaxşı ki, 1971-ci ildə bu liseyi yaratdı. Bu gün qalib ölkənin vətəndaşı olmaqla fəxr edirəm. Azad bir ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Öz peşəmi sevirəm və kursantlara onu böyük həvəslə öyrədirəm. 31 ildir bu liseydə müəllim kimi çalışıram və bu kollektivin bir üzvü olmaqdan qürur duyuram" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


