Qırğızıstan Taekvondo Federasiyası ITF-in ölkədə yeganə təmsilçisidir
Bişkek, 10.06.26. /Xəbərlər/. Qırğızıstanda Beynəlxalq Taekvondo Federasiyası adından rəsmi iş görmək hüququna yalnız Artur Medetbekovun rəhbərlik etdiyi Qırğızıstan Taekvondo Federasiyası malikdir. Bunu Beynəlxalq Taekvondo Federasiyasının (ITF) prezidenti Ri Yonq Son “Kabar” agentliyində keçirdiyi

Bişkek, 10.06.26. /Xəbərlər/. Qırğızıstanda Beynəlxalq Taekvondo Federasiyası adından rəsmi iş görmək hüququna yalnız Artur Medetbekovun rəhbərlik etdiyi Qırğızıstan Taekvondo Federasiyası malikdir. Bunu Beynəlxalq Taekvondo Federasiyasının (ITF) prezidenti Ri Yonq Son “Kabar” agentliyində keçirdiyi mətbuat konfransında deyib Onun sözlərinə görə, bu qərara qədər Qırğızıstanda ITF sistemində akkreditə olunmuş üç təşkilat - bir milli federasiya və iki filial (affilial təşkilat) olub. İndi respublika ərazisində filialların statusu ləğv edilib. Artur Medetbekovun rəhbərlik etdiyi milli federasiya beynəlxalq federasiya tərəfindən rəsmi olaraq tanınan yeganə struktur olaraq qalır


