Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
“Azerbaijan-Kazakhstan Sea Cable System” strateji layihəsi çərçivəsində Kurık limanında sualtı fiber-optik kabel partiyasının qəbulu üzrə əməliyyat uğurla həyata keçirilib AZƏRTAC “Qazaxıstan Temir Jolı”ya istinadla xəbər verir ki, yük Trans-Xəzər rəqəmsal infrastrukturunun yaradılması üçün nəzərdə

“Azerbaijan-Kazakhstan Sea Cable System” strateji layihəsi çərçivəsində Kurık limanında sualtı fiber-optik kabel partiyasının qəbulu üzrə əməliyyat uğurla həyata keçirilib AZƏRTAC “Qazaxıstan Temir Jolı”ya istinadla xəbər verir ki, yük Trans-Xəzər rəqəmsal infrastrukturunun yaradılması üçün nəzərdə tutulub İriqabaritli və ağırçəkili yük üç ixtisaslaşdırılmış nəqliyyat vasitəsindən ibarət avtokarvanla çatdırılıb. Limanda avadanlığın qəbulu və emalı üzrə işlər yerinə yetirilib. Avadanlığın sonradan Azərbaycana göndərilməsi nəzərdə tutulur Layihənin icrası beynəlxalq telekommunikasiya dəhlizlərinin inkişafına, Asiya ilə Avropa arasında rəqəmsal bağlantının gücləndirilməsinə, həmçinin Avrasiya məkanında məlumat ötürmə kanallarının etibarlılığının və ötürücülük qabiliyyətinin artırılmasına yönəlib Kurık limanı iri beynəlxalq infrastruktur layihələrinin nəqliyyat-logistika təminatında mühüm rol oynamaqda davam edir. Bu, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına və Qazaxıstanın Şərq ilə Qərb arasında əsas tranzit qovşaqlardan biri kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


