Tenqri
Ana Səhifə
Dünya

Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub

Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar 525.az-a Teatrından bildirilib ki, kuklaçılar sığınacaq sakinləri üçü

0 baxış525.az
Kukla Teatrı sığınacaq sakinlərinin qonağı olub
Paylaş:

Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar 525.az-a Teatrından bildirilib ki, kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, nəsillər boyu uşaqların sevimlisinə çevrilmiş məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb. Eyniadlı səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Bu yanaşma klassik folklor nümunəsinin müasir səhnə dili ilə təqdiminə, tamaşaçının nağılın sehrli dünyasına daha asan daxil olmasına şərait yaradır Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini artırır. Bu da səhnə işinin yalnız əyləncəli deyil, eyni zamanda, maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir. Tamaşanın əsas məqsədi uşaqlara maraqlı teatr ab-havası yaşatmaqla yanaşı, xalq nağıllarımızın zəngin irsini onların vizual zövqünə uyğun formada təqdim etməkdir Səhnə əsərinin quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasında bütün obrazları istedadlı aktrisa Ülviyyə Əliyeva canlandırır Balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə işi uşaqlara xoş və unudulmaz anlar yaşadıb Mərkəzin sədri Kəmalə Ağazadə bu xeyirxah təşəbbüsə görə teatr rəhbərliyinə və kollektivə təşəkkür edib. O bildirib ki, bu cür layihələrin davamlı olması, xüsusilə qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onların incəsənətə və teatra marağının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır Qeyd edək ki, yubiley ili çərçivəsində teatr paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə səfərlərini davam etdirəcək

Kaynak: 525.az

Diğer Haberler