Avropa kuboku: Azərbaycan cüdoçuları ikinci yerdədir
Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kubokuna start verilib "Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandası bir qızıl, bir gümüş və üç bürünc olmaqla ümumilikdə beş medal qazanıb 66 kq-a qədər çəki dərəcəsində üç medal qazanılıb. İslam Rəhimov bütün

Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kubokuna start verilib "Report" xəbər verir ki, ilk yarış günündə Azərbaycan milli komandası bir qızıl, bir gümüş və üç bürünc olmaqla ümumilikdə beş medal qazanıb 66 kq-a qədər çəki dərəcəsində üç medal qazanılıb. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olub. Elşən Əsədov ikinci yeri tutaraq gümüş, Nizami İmranov isə bürünc medal qazanıb 60 kq çəki dərəcəsində Babərəhim Mirzəyev və 73 kq çəki dərəcəsində Rüfət Şövlatov Azərbaycana daha iki bürünc medal qazandırıb Sabah başa çatacaq beynəlxalq turnirin ilk gününün nəticələrinə görə Azərbaycan 18 iştirakçı ölkə arasında ikinci yerdədir


