Krım sahillərində türk balıqçı gəmisinə hücum: 1 ölü, 4 yaralı - QHA - Krım Xəbər Agentliyi
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığı Qara dənizdə Krımın qərbində (Akyar) Sevastopol sahillərində Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edildiyini açıqlayıb Sahil Mühafizəsi Komandanlığının 5 iyun 2026-cı il tarixli açıqlamasına görə, DURU 67 adlı balıqçı gə

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Sahil Mühafizə Komandanlığı Qara dənizdə Krımın qərbində (Akyar) Sevastopol sahillərində Türkiyə bayraqlı balıqçı gəmisinə hücum edildiyini açıqlayıb Sahil Mühafizəsi Komandanlığının 5 iyun 2026-cı il tarixli açıqlamasına görə, DURU 67 adlı balıqçı gəmisinə hücum edildiyi barədə məlumat daxil olub. Hücum nəticəsində zədələnən qayıq batıb Yaxınlıqda olan BURAK KAYA adlı balıqçı gəmisi batmaqda olan qayıqdan yaralanan 5 balıqçını çıxararaq İnebolu istiqamətində hərəkət edib Lakin vəziyyəti ağır olan xəsarət alan balıqçılardan biri transfer zamanı dünyasını dəyişib Xəbərdarlıqdan sonra Sahil Mühafizəsi Komandanlığı yaralılara tibbi yardım göstərmək və onların təhlükəsiz təxliyyəsini təmin etmək üçün hərəkətə keçib. Bu çərçivədə bir sahil mühafizə gəmisi və həkimlər, tibb bacıları və yardımçı səhiyyə işçiləri də daxil olmaqla 19 nəfərlik bir qrup bölgəyə göndərilib Sahil Mühafizəsi elementləri Türkiyənin Axtarış və Xilasetmə Bölgəsi daxilində İnebolu Limanından təxminən 115 dəniz mili məsafədə yerləşən balıqçı gəmisinə çatıb. Yaralı balıqçılar sahil mühafizə gəmisinə təhvil verilib, ilkin tibbi yardım göstərilib və İnebolu limanına gətirilib Sahil Təhlükəsizlik Komandanlığı açıqlamasında həyatını itirən balıqçıya Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Hadisə ilə bağlı inkişafın izləndiyi bildirilib

