Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir keçirilib
Mayın 6-da Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib 525.az-a Konstitusiya Məhk

Mayın 6-da Konstitusiya Məhkəməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “İnsan hüquq və azadlıqlarının qorunması üçün milli mexanizmlərin effektivliyi: Konstitusiya hüquq sisteminin əsası kimi” mövzusunda dəyirmi masa keçirilib 525.az-a Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən verilən xəbərə görə, KM sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. Ümummilli Liderin müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasının dövlətçiliyimizi ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüşün yarandığını, həyata keçirdiyi strateji siyasətin bu gün də respublikamızın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb. Konstitusiya nəzarəti orqanı kimi Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, eyni zamanda bu orqanın müstəqilliyinin təmin edilməsi və ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev layiqli davamçısı İlham Əliyevin uğurlu fəaliyyəti respublikamızı bugünkü qüdrətinə çatdırıb, Azərbaycan tarixi zəfər nəticəsində suverenleyini və ərazi bütövlüyünü bərpa edib Tədbirdə müxtəlif hüquqi mövzular üzrə məruzələrlə çıxışlar edilib, geniş fikir mübadiləsi aparılıb Dəyirmi masaya yekun vuran Fərhad Abdullayev qeyd edib ki, bu gün xalqını mürəkkəb tarixi sınaqlardan uğurla çıxaran Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hər birimiz tərəfindən dərin hörmət və ehtiramla anılır. Müstəqil Azərbaycan Ümumilli Lider tərəfindən indiki və gələcək nəsillərə olan əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı görkəmli siyasi xadim Heydər Əliyevin bizə müqəddəs miras qoyduğu müstəqil, demokratik dövləti qoruyub saxlamağı şərəfli vəzifə hesab edir


