Tenqri
Ana Səhifə
Dünya

Basketbolda, voleybolda, futbolda, şahmatda azərbaycanlılar ən güclü olanda - FOTO

Bu gün Kasablankada (Mərakeş) III Dünya Korporativ Oyunları başa çatır Bir sıra idman növləri üzrə Azərbaycan təmsilçiləri güclü olublar. Belə ki, şahmat yarışının qalibi “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Sənan Quliyev olub. Finalda Mərakeşin “DXC Technology” şirkətinin rəqibi məğlub olu

0 baxışhaqqin.az
Basketbolda, voleybolda, futbolda, şahmatda azərbaycanlılar ən güclü olanda - FOTO
Paylaş:

Bu gün Kasablankada (Mərakeş) III Dünya Korporativ Oyunları başa çatır Bir sıra idman növləri üzrə Azərbaycan təmsilçiləri güclü olublar. Belə ki, şahmat yarışının qalibi “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı Sənan Quliyev olub. Finalda Mərakeşin “DXC Technology” şirkətinin rəqibi məğlub olub Voleybol yarışında Fövqəladə Hallar Nazirliyinin komandasının tayı-bərabəri olmayıb. Bütün görüşlərdə, o cümlədən finalda Rusiyanın “Rostec” komandasına qalib gələn Azərbaycan voleybolçuları 1-ci yeri tutdular Bizim Fövqəladə Hallar Nazirliyinin əməkdaşları basketbolda ən yaxşılardı. Finalda qərargahı Lüksemburqda yerləşən Foundever komandasına qalib gəliblər Stolüstü tennis yarışlarında da Fövqəladə Hallar Nazirliyi fərqlənərək bürünc medal qazanıb. Medal Əli Bayramova məxsusdur 54 komandanın mübarizə apardığı mini-futbolda SOCAR komandasının uğurunu xüsusilə qeyd etmək yerinə düşər. Altı görüşdə qalib gələn neftçilər finalda Mərakeşin “Le Matin” media komandası ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəliblər Azərbaycan komandalarının Dünya Oyunlarında uğur qazanması təsadüfi deyil. Azərbaycanda hər il dövlət qurumları və korporasiyalar arasında yarışlar keçirilir və son üç ildə ölkədaxili turnirlərin qalibləri Azərbaycanı beynəlxalq arenada təmsil etmək imkanı əldə edirlər

Kaynak: haqqin.az

Diğer Haberler