Kobaxidze Paşinyanı vaxtından əvvəl təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib Modern.az xəbər verir ki, Kobaxidze X sosial şəbəkəsində yazıb: “Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə əldə etdikləri uğur münasibətilə səmimi qəlb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın Baş naziri Nikol Paşinyanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib Modern.az xəbər verir ki, Kobaxidze X sosial şəbəkəsində yazıb: “Baş nazir Nikol Paşinyanı və onun partiyasını seçkilərdə əldə etdikləri uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm. Xalqlarımızın mənafeyi naminə Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığı və dostluq münasibətlərini daha da möhkəmləndirmək üçün sıx əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm” Maraqlıdır ki, bu təbrik seçkilərin nəticələri hələ nəinki yekunlaşdırılmamış, hətta onların yalnız cüzi bir hissəsi hesablanmış olduğu bir vaxtda səsləndirilib. Bu isə Ermənistan müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Mərkəzi Seçki Komissyasının bu gün saat 09:00-a olan məlumatına görə, ümumi 2005 seçki məntəqəsindən 1963-nün məlumatları rəsmən işlənilib: "Vətəndaş müqaviləsi" Partiyası – 49,83% "Güclü Ermənistan" bloku – 23,35% "Ermənistan" bloku – 9,93% "Çiçəklənən Ermənistan" Partiyası – 3,98%"


