Şuşa haqqında kitab İraqda ədəbi mükafat aldı
İraqlı professor Mutaz Muhi Əbdülhəmidin “Şuşa - Azərbaycanın incisi” kitabı İraqda səyahət ədəbiyyatı sahəsində Nəci Cavad əs-Saati mükafatına layiq görülüb AZƏRTAC xəbər verir ki, səyyah, yazıçı və hüquqşünas Naci Cavad əs-Saatinin İrsini Qoruma Komitəsi və Bağdad Mədəniyyət Mərkəzi mükafatın on

İraqlı professor Mutaz Muhi Əbdülhəmidin “Şuşa - Azərbaycanın incisi” kitabı İraqda səyahət ədəbiyyatı sahəsində Nəci Cavad əs-Saati mükafatına layiq görülüb AZƏRTAC xəbər verir ki, səyyah, yazıçı və hüquqşünas Naci Cavad əs-Saatinin İrsini Qoruma Komitəsi və Bağdad Mədəniyyət Mərkəzi mükafatın on altıncı nəşrinin nəticələrini açıqlayıb. Ciddi akademik və ədəbi qiymətləndirmədən sonra “Şuşa - Azərbaycanın incisi” kitabı mükafata layiq görülüb. Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi ilə Şuşa şəhəri ili ilə bağlı tədbirlər planı çərçivəsində nəşr olunan kitab iki fəsildən ibarətdir: “Şuşa - Qarabağ xanlığının paytaxtı” və “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi”. Müəllif girişdə 44 günlük Vətən Müharibəsi haqqında məlumat verir, onun başlanmasının tarixi-siyasi səbəblərinə toxunur, həmçinin Azərbaycan Respublikası Prezidentinin müharibə zamanı verdiyi nitq və müsahibələrinə istinad edərək bir sıra məqamlara aydınlıq gətirir. Bu hissədə həmçinin BMT-nin dörd tanınmış qətnaməsi və müxtəlif beynəlxalq təşkilatların bəyanatları haqqında məlumatlar öz əksini tapıb Birinci fəsildə Şuşa şəhərinin yaranma tarixindən bu günə qədər olan dövrü əhatə edən tarixindən bəhs edilir. Müəllif tarixi mənbələrə və Avropa şərqşünaslarının fikirlərinə istinad edərək bu şəhərin qədim Azərbaycan şəhəri olduğunu əsaslandırır “Müharibə və sülh arasında Şuşa şəhərinin mədəni irsi” adlı ikinci fəsil Şuşa şəhərinin mədəniyyəti mövzularını əhatə edən bir neçə yarımbölmədən ibarətdir. Müəllif Şuşa şəhərinin zəngin mədəni irsi və görkəmli şəxsiyyətləri haqqında məlumat verir. Şuşililərin yaratdığı mədəniyyətin təkcə Azərbaycan xalqı üçün deyil, İslam dünyasının mədəni irsi üçün də nadir nümunə olduğu vurğulanır. Bu hissədə müəllif Şuşa şəhərində ucaldılmış maddi mədəniyyət abidələri, məscid, kilsə və ziyarətgahlar, karvansaray və bazarlar, saraylar, muzey və kitabxanalar, onların orijinal memarlıq üslubu və tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verir


