Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Ukraynanın paytaxtı Kiyevdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, diaspora fəalları Kiyevdəki Heydər Əliyev Parkında

Ukraynanın paytaxtı Kiyevdə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfirliyinin və SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, diaspora fəalları Kiyevdəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar Sonra Kiyevdə Azərbaycan-Ukrayna Dostluq Xiyabanında növbəti ağacəkmə aksiyası keçirilib. Səfirliyin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında SOCAR-ın Ukraynadakı nümayəndəliyinin kollektivi, Kiyev şəhər Şurasının deputatları, Kiyev şəhər meriyasının rəsmiləri də iştirak ediblər Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır "Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişafda olan, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanın inkişafında yeni mərhələ açılıb", - deyə səfir əlavə edib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


