KİV: Vens ABŞ-İran danışıqlarına qoşula bilər
ABŞ-nin Vitse-prezidenti Jey Di Vens İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edə bilər "Report"un xəbərinə görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb Onların məlumatına görə, Vens ehtiyatda qalır və pərdəarxası təmaslar İran rəhbərliyinin nümayəndələri i

ABŞ-nin Vitse-prezidenti Jey Di Vens İran nümayəndələri ilə mümkün birbaşa danışıqlarda iştirak edə bilər "Report"un xəbərinə görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb Onların məlumatına görə, Vens ehtiyatda qalır və pərdəarxası təmaslar İran rəhbərliyinin nümayəndələri ilə təkbətək görüşlə nəticələnsə, Tehranla həssas danışıqlara başlamağa hazırdır" Qeyd olunur ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və Cared Kuşner hazırkı mərhələdə Tehranla təmaslarda iştirak edirlər. Əgər danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunsa, Vens danışıqlara qoşula bilər Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran da daxil olmaqla, ölkənin ən böyük şəhərlərinə zərbələr endirilib. İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edərək hücumlara başlayıb. ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə hücumlar edilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


