Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini təqdim ediblər - FOTO
Pekin Xarici Dillər Universitetində (PUFL) keçirilən növbəti “Dünya xalqlarının mədəniyyəti” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunub Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Xarici Dillər Universitetinin "Azərbaycan dili" ixtisası üzrə təhsil alan tələbələrinin təşkil etdiyi Azərbaycan sten

Pekin Xarici Dillər Universitetində (PUFL) keçirilən növbəti “Dünya xalqlarının mədəniyyəti” sərgisində Azərbaycan mədəniyyəti təqdim olunub Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Xarici Dillər Universitetinin "Azərbaycan dili" ixtisası üzrə təhsil alan tələbələrinin təşkil etdiyi Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətini və incəsənətini əks etdirən eksponatlar, milli geyimlər, Azərbaycan dilinin öyrənilməsi üçün dərs vəsaitləri, həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan dili kafedrasına hədiyyə edilmiş kitablar nümayiş etdirilib. Bundan əlavə, ziyarətçilər üçün Azərbaycan dili və mədəniyyəti ilə bağlı biliklərinə dair viktorina təşkil edilmiş, qaliblər mükafatlandırılmışdır. Qonaqlara Azərbaycan mətbəxindən təamlar da təklif olunub Universitetin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Akşin Əliyev bildirib ki, Çinin ən beynəlxalq ali təhsil müəssisələrindən biri olan Pekin Xarici Dillər Universitetində hər il çoxlu belə sərgi və festivallar təşkil olunur. Bütün bu tədbirlərdə Azərbaycan dilini öyrənən tələbələrlə yanaşı, Pekində təhsil alan azərbaycanlı tələbələr də fəal iştirak edirlər Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


