Tenqri
Ana Səhifə
Dünya

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Bu gün ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 7209 məktəbli iştirak edib. Monitorinq 40 mərkəzdə təşkil olunub Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib Bildirilib ki, monitorinq

0 baxışazertag.az
Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib
Paylaş:

Bu gün ümumi təhsil müəssisələrinin VI sinif şagirdləri üçün keçirilən monitorinqdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 7209 məktəbli iştirak edib. Monitorinq 40 mərkəzdə təşkil olunub Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib Bildirilib ki, monitorinq təbiət, tədris dili və riyaziyyat fənləri üzrə kağız daşıyıcılar və elektron formatda aparılıb. Monitorinqdə kağız daşıyıcılar üzrə 6706 nəfər, elektron formatda isə 503 şagird iştirak edib. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib | Tenqri