Tenqri
Ana Səhifə
Dünya

Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub

Nayrobi şəhərində Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş tədbir keçirilib 525.az-a Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib ki, səfir Sultan Hacıyev tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu”

0 baxış525.az
Keniyada Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi təqdim olunub
Paylaş:

Nayrobi şəhərində Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbinin 100 illik ildönümünə həsr olunmuş tədbir keçirilib 525.az-a Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib ki, səfir Sultan Hacıyev tədbirin “İqtisadi rifah və konstruktiv əməkdaşlıq üzrə yüksək siyasət dialoqu” adlı panel müzakirələrində çıxış edib Çin, İtaliya və Fransanın səfirlərinin qatıldığı müzakirələrdə səfir Sultan Hacıyev Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələləri barədə danışıb. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış ictimai-siyasi və sosial-iqtisadi bünövrənin tərkibi olan dövlət idarəçilik sistemi ölkənin hərtərəfli inkişafına yol açıb. Müstəqilliyin ilk illərində xarici yardımlardan asılı olan, ərazisinin 20 faizi işğala məruz qalmış Azərbaycan mütərəqqi idarəçilik sayəsində bu gün regionda sülhə və sabitliyə töhfə verən, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən, habelə beynəlxalq inkişafa yardım göstərən donor dövlətə çevrilib Diplomat, həmçinin Azərbaycanda təhsil mühitinin modernləşdirilməsi, dövlət qulluqçularının hazırlığı, əhalinin peşə qabiliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən mütərəqqi həllər barədə məlumat verib Qeyd edək ki, Keniyanın Dövlət Qulluğunun Gücləndirilməsi üzrə Hökumət Məktəbi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq imkanlarını fəal şəkildə araşdırır

Kaynak: 525.az

Diğer Haberler