Kaya Kallasdan narazılıq var
Avropa İttifaqına üzv ölkələr Aİ-nin diplomatik xidmətində genişmiqyaslı islahatların aparılması imkanlarını nəzərdən keçirirlər Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb Məlumata görə, müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və qu

Avropa İttifaqına üzv ölkələr Aİ-nin diplomatik xidmətində genişmiqyaslı islahatların aparılması imkanlarını nəzərdən keçirirlər Modern.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb Məlumata görə, müzakirələr Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və qurumun rəhbəri Kaya Kallasın fəaliyyətindən narazılıq fonunda aparılır Nəşrin həmsöhbətlərindən biri bildirib ki, mövcud sistem müasir dünyanın tələblərinə cavab vermir “Avropa Xarici Fəaliyyət Xidməti lazım olduğu kimi işləmir. Sistem funksional deyil. Problem struktur xarakterlidir və bu səbəbdən struktur yenidən qurulmalıdır”, - deyə mənbə vurğulayıb Mənbələrin sözlərinə görə, Aİ ölkələri Kaya Kallasın və rəhbərlik etdiyi, illik büdcəsi 1 milyard avro olan qurumun səlahiyyətlərinin bir hissəsinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Hətta EEAS-ın bəzi funksiyalarının birbaşa üzv dövlətlərə verilməsi variantı da müzakirə olunur Qəzet yazır ki, Fransanın irəli sürdüyü təkliflər arasında Aİ diplomatiyasının rəhbərinin müstəqilliyinin məhdudlaşdırılması və onun dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nümayəndəliklər üzərində nəzarət imkanlarının azaldılması da yer alır Mənbələr bildiriblər ki, bu dəyişikliklər nəticəsində Avropa Xarici Fəaliyyət Xidmətinin mövcud formatda fəaliyyətini davam etdirməsi sual altına düşə bilər Bununla yanaşı, bəzi üzv dövlətlər hesab edirlər ki, EEAS-da aparılacaq islahatlar Brüsseldə bürokratik yükü azaltmağa və əlavə maliyyə qənaətinə imkan verəcək Nəşrin məlumatına görə, bir sıra Avropa paytaxtlarında hesab edirlər ki, hazırda EEAS, üzv ölkələrin xarici işlər nazirlikləri, eləcə də Avropa Komissiyası və Aİ Şurasının xarici əlaqələr strukturları arasında səlahiyyətlərin təkrarlanması və koordinasiya problemləri mövcuddur Mənbələr qeyd edirlər ki, son illərdə Avropa İttifaqının üzləşdiyi çoxsaylı böhranlar Aİ rəsmilərini EEAS-ın operativ qərarların əlaqələndirilməsindəki effektivliyini yenidən qiymətləndirməyə vadar edib Bundan əlavə, bəzi rəsmilər Kaya Kallasın zaman-zaman üzv ölkələrlə razılaşdırılmalı olan məsələlərdə şəxsi mövqeyini ön plana çıxardığını da bildirirlər


