Trampın xəbərdarlığından sonra ABŞ ordusu yenidən İrana zərbə endirib
İyunun 10-u axşam saatlarında ABŞ hərbçiləri yenidən İran ərazisinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb "Müdafiə məqsədilə ABŞ Mərkəzi Komandanlığının qüvvələri baş komandanın əmri ilə İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib. Bu hücumlar İranın əsas

İyunun 10-u axşam saatlarında ABŞ hərbçiləri yenidən İran ərazisinə zərbələr endirib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb "Müdafiə məqsədilə ABŞ Mərkəzi Komandanlığının qüvvələri baş komandanın əmri ilə İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib. Bu hücumlar İranın əsassız və davam edən təcavüzünə cavabdır", - bəyanatda deyilir Zərbələr ABŞ prezidenti Donald Trampın Tehrana üç aydan çox davam edən müharibəyə son qoymağa yönəlmiş razılığa gəlmədiyi təqdirdə "ciddi zərər" barədə xəbərdarlıq etməsindən bir neçə saat sonra baş verib Bir gün əvvəl ABŞ Apaçi helikopterinin vurulmasına cavab olaraq İrana qarşı müdafiə zərbəsi endirdiyini açıqlamışdı. Bundan əvvəl prezident Donald Tramp demişdi ki, Vaşinqton helikopterin vurulmasına cavab verməyə məcbur olacaq Yerli media İranın ən azı altı rayonunda partlayışların baş verdiyini yazıb Axios öz mənbələrinə istinadən bütün hədəflərin İranın cənubunda yerləşdiyini, hava hücumundan müdafiə, radar sistemləri və pilotsuz uçuş aparatlarının idarəedici bölmələrinin vurulduğunu bildirib CENTCOM daha sonra İrana zərbələrin dayandırıldığını açıqladı. Buna cavab olaraq Tehran Bəhreyn və Küveytdəki Amerika bazalarına hücum etdiyini açıqlayıb Sözügedən bazalar bir gün əvvəl hədəfə alınıb


