Kastamonuda qida fabrikinə silahlı hücum olub, ölən var
Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb "Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib. Uğur E., fabrikə tapança ilə atəş açıb və hadisə yerindən

Türkiyənin Kastamonu şəhərində qida fabrikinə silahlı hücum olub, aşpaz öldürülüb "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb "Hadisə, axşam saatlarında Taşköprü rayonunun Alatarlar kəndindəki qida fabrikində baş verib. Uğur E., fabrikə tapança ilə atəş açıb və hadisə yerindən qaçıb", - məlumatda bildirilib və əlavə edilib ki, silahlı hücumda müəssisədə aşpaz kimi işləyən Sinan Güleç güllə yarası alıb Hadisə yerinə polis və tibb qrupları göndərilib: "Yoxlama zamanı Güleçin həyatını itirdiyi müəyyən edilib. Onun meyiti morqa aparılıb" Qətldə şübhəli Uğur E.-ni ələ keçirmək üçün hərəkətə keçən polis, hadisə ilə bağlı istintaqı davam etdirir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


