Kanalda batan şəxsin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəc

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində bir nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub Məlumata görə, dalğıclar tərəfindən 1987-ci il təvəllüdlü Dəmirov Sərxan Qüdrət oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır


