Tenqri
Ana Səhifə
Dünya

Göyçayda güclü külək fəsadlar yaratdı

Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub Modern.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nə

0 baxışmodern.az
Göyçayda güclü külək fəsadlar yaratdı
Paylaş:

Göyçay rayonunda axşam saatlarında müşahidə olunan güclü külək və leysan xarakterli yağış bir sıra fəsadlara səbəb olub Modern.az xəbər verir ki, əlverişsiz hava şəraiti nəticəsində Ucar–Göyçay avtomobil yolunun kənarında yerləşən irigövdəli ağaclar kökündən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinlik yaranıb Hadisə yerinə dərhal yol və post patrul xidmətinin əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, ağacların yoldan kənarlaşdırılması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir Güclü küləyin törətdiyi fəsadlar rayonun Yeniarx kəndində də qeydə alınıb. Belə ki, irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması nəticəsində kəndə elektrik enerjisinin verilişi dayandırılıb Kənd sakinlərinin sözlərinə görə, təbiət hadisəsi nəticəsində bir neçə fərdi yaşayış evinin və yardımçı tikilinin dam örtüyünə ziyan dəyib. Bundan başqa, bir vətəndaşa məxsus minik avtomobili aşan ağacın təsirindən zədələnib İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb

Kaynak: modern.az

Diğer Haberler

Göyçayda güclü külək fəsadlar yaratdı | Tenqri