Kamaləddin Qafarov: Şuşa Bəyannaməsi hərbi əməkdaşlıq və qarşılıqlı yardım sahəsində tarixi nailiyyətdir
“2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki

“2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin imkanlarının birləşdirilməsini və maraqlarının birgə müdafiəsini nəzərdə tutan unikal sənəddir. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bir daha bütün dünyanın diqqətinə çatdıran bir mesaj oldu. Artıq bütün dünya bilir ki, Türkiyə və Azərbaycan indiyə qədər bütün məsələlərdə bir yerdə olduqları kimi, bundan sonra da bu birliyi əzmlə davam etdirəcəklər.” Publika.az xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümü ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib Millət vəkili Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsini nəzərdə tutan müddəaların xüsusi yer tutduğunu vurğulayıb: “Əlbəttə ki, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Hər iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyəti təmin ediləcək. Azərbaycan və Türkiyə bundan sonra da hər zaman bir yerdə olacaq və bir-birinin təhlükəsizliyini təmin edəcək. Bu isə eyni zamanda bütün Cənubi Qafqazda sülhə və təhlükəsizliyə zəmanət deməkdir. Əlbəttə ki, Şuşa Bəyannaməsində informasiya siyasəti və lobbiçilik məsələləri ilə bağlı maddələrin yer alması da mühüm məqamlardan biridir Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir” 15 iyun tarixinin mənası daha da dərinləşib - Aygün Attar Akkan Suver: Azərbaycanın dövlət kimi mövcudluğu təhlükə altına düşmüşdü Məhəmməd İmanlı: Milli Qurtuluş Günü - Müstəqil Azərbaycan dövlətçiliyinin xilası və tərəqqi yolunun başlanğıcıdır Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri Anarxiyadan sabitliyə doğru: İnkişafa gedən yolun başladığı gün Sabiq səfir vəfat etdi Müğənnilər birləşib atı "övladlığa" götürdülər Ermənistanı bürüyən dəhşətli tornadolar əhalini qorxuya saldı - VİDEO Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb


