2035-ci ilə qədər Almaniya avtomobil sənayesi daha 125 min iş yerini itirə bilər
2035-ci ilə qədər Alman avtomobil istehsalçıları və onların təchizatçıları əlavə olaraq 125 min iş yerini ixtisar etmək məcburiyyətində qalacaqlar Bunu mayın 13-də RND-yə müsahibəsində Alman Avtomobil Sənayesi Assosiasiyasının (VDA) sədri Hildeqard Müller deyib Əvvəllər 2019-2035-ci illərdə səna

2035-ci ilə qədər Alman avtomobil istehsalçıları və onların təchizatçıları əlavə olaraq 125 min iş yerini ixtisar etmək məcburiyyətində qalacaqlar Bunu mayın 13-də RND-yə müsahibəsində Alman Avtomobil Sənayesi Assosiasiyasının (VDA) sədri Hildeqard Müller deyib Əvvəllər 2019-2035-ci illərdə sənayenin 190 min işçisini itirəcəyi proqnozlaşdırılırdısa, indi hesablamalar 225 minə qədər düzəldilib. Artıq 2019-2025-ci illərdə 100 minə yaxın iş yeri ləğv edilib Komponent istehsalçıları xüsusilə ağır zərbə alacaqlar: daxili yanma mühərriklərindən elektrik avtomobillərinə keçid təchizat şirkətlərində kütləvi ixtisarlara səbəb olacaq Müller bildirib ki, Almaniya və Avropada biznes şəraiti pisləşməkdə davam edir, yüksək vergilər və ödənişlər, bahalı enerji, artan əmək xərcləri və həddindən artıq bürokratiya sənayeyə təzyiq əlavə edir


