Tenqri
Ana Səhifə
Dünya

İsrail Livanda bir şəhəri ələ keçirməyə yaxındır

İsrail hərbçiləri Livanın cənubundakı Bint Cubail şəhərinin mühasirəsini başa çatdırıblar. Bunu İsrail Müdafiə Qüvvələrinin Şimal Hərbi Dairəsinin komandanı, general-mayor Rafi Milo deyib "Son günlər ərazini mühasirəyə aldıq və şəhər daxilində fəaliyyətə başladıq. Bu, mühüm əməliyyat manevridir"

0 baxışhaqqin.az
İsrail Livanda bir şəhəri ələ keçirməyə yaxındır
Paylaş:

İsrail hərbçiləri Livanın cənubundakı Bint Cubail şəhərinin mühasirəsini başa çatdırıblar. Bunu İsrail Müdafiə Qüvvələrinin Şimal Hərbi Dairəsinin komandanı, general-mayor Rafi Milo deyib "Son günlər ərazini mühasirəyə aldıq və şəhər daxilində fəaliyyətə başladıq. Bu, mühüm əməliyyat manevridir", - deyə general İsrail ordusunun mətbuat xidmətindən sitat gətirib Onun sözlərinə görə, general Bint Cubaildə hərbçilərlə əməliyyat görüşü keçirib. "Eyni zamanda, İDF qoşunları bütün müdafiə xətti boyunca (Livanın cənubunda) fəaliyyət göstərir, Hizbullahın terror infrastrukturunu məhv edir. Biz təhdidləri aradan qaldırmaq və ölkənin şimal bölgələrinin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün qətiyyətlə hərəkət etməyə davam edəcəyik", - general bildirib Bint Cubail İsraillə sərhəddən 4 kilometr şimalda yerləşir və Livanın cənubunda Hizbullahın mühüm möhkəmləndirilmiş ərazilərindən biri hesab olunur. İkinci Livan Müharibəsi zamanı İsrail ordusu 2006-cı ilin yayında bu şəhər üçün Hizbullahla şiddətli döyüşlər aparsa da, o zaman onu ala bilmədi Bu iranpərəst qrup yəhudi dövlətinin ərazisinə hücumlar etməyə başladığı martın 2-dən İsrail Hizbullaha qarşı hərbi əməliyyatlar aparır. İsrail Hərbi Hava Qüvvələri bütün Livandakı hədəflərə, quru qoşunları isə respublikanın cənubuna hücum edir

Kaynak: haqqin.az

Diğer Haberler