İzlərdən gələcəyə: İstiqlal Muzeyində Ulu Öndərin xatirəsi yad edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Vətənpərvərlik" klubunun və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş "İzlərdən gələcəyə: Heydər Əliyev və müstəq

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Vətənpərvərlik" klubunun və İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş "İzlərdən gələcəyə: Heydər Əliyev və müstəqil Azərbaycan" adlı tədbir keçirilib Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir və onun zəngin irsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Direktor, həmçinin vurğulayıb ki, belə tədbirlər tariximizin daha dərindən öyrənilməsi və milli kimliyin qorunması baxımından vacib platformadır Sonra tərcüməçi, filologiya elmləri üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva Ümummilli Liderlə bağlı xatirələrini bölüşərək onun şəxsiyyətinin çoxşaxəli cəhətlərindən danışıb. O, Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və ziyalılara göstərdiyi diqqətin cəmiyyətin inkişafında oynadığı rolu xüsusi qeyd edib və bu diqqətin ölkədə milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələri diqqətə çatdırıb Tədbir çərçivəsində gənclər ekskursiyada iştirak edərək Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla yaxından tanış olublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

Latviyada “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir təşkil olunub
