Tenqri
Ana Səhifə
İqtisadiyyat

Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə ITF Sammiti başa çatıb (FOTO)

BAKI, Azərbaycan, 8 may. Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) sammitinin yekun günü də mühüm müzakirələrlə yadda qalıb Sammit çərçivəsində “Orta Dəhliz: Davamlı, Rəqabətli və Perspektivli Avrasiya Nəqliyyat Bağlantısında Strateji İn

0 baxıştrend.az
Almaniyanın Leypsiq şəhərində Azərbaycanın sədrliyi ilə ITF Sammiti başa çatıb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (ITF) sammitinin yekun günü də mühüm müzakirələrlə yadda qalıb Sammit çərçivəsində “Orta Dəhliz: Davamlı, Rəqabətli və Perspektivli Avrasiya Nəqliyyat Bağlantısında Strateji İnvestisiyalar” adlı sessiya təşkil olunub Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında qeyd edib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən həyati əlaqə kimi ön plana çıxıb. “Bu dəhliz daha sürətli tranzit, marşrutun sabitliyi və yeni bazarlara çıxışı təmin edir. Azərbaycanın əsas prioriteti coğrafi üstünlüyünü müasir və səmərəli tranzit sisteminə çevirməkdir. Bu məqsədlə əsas infrastruktur layihələrinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və müxtəlif nəqliyyat növlərini birləşdirən Ələt Azad İqtisadi Zonasına mühüm investisiyalar qoyulub. İnfrastrukturdan əlavə, prosedurların sadələşdirilməsinə, nəqliyyat növləri arasında koordinasiyanın gücləndirilməsinə və rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirilir”, - deyə o qeyd edib Nazir müavini Rəhman Hümmətov genişmiqyaslı və gələcəyə hesablanmış müzakirələrin aparıldığı sammitin uğurla keçdiyini bildirib. O qeyd edib ki, siyasi tövsiyələrin qəbulu və üzvlüyün genişləndirilməsi mühüm mərhələlərdir. Qana, Panama və Perunun ITF-ə qoşulması təşkilatın qlobal xarakterini daha da gücləndirir Bununla da Azərbaycanın sədrliyi ilə keçirilən ITF Sammiti uğurla başa çatıb. Azərbaycanın Beynəlxalq Nəqliyyat Forumuna sədrliyi ölkəyə mühüm iqtisadi və strateji üstünlüklər gətirmiş, ölkəmizin qlobal nəqliyyat xəritəsində mövqeyini daha da möhkəmləndirmişdir. “Yaşıl” nəqliyyat, rəqəmsal logistika və davamlı inkişafa diqqət bu sahələrdə modernləşmə prosesini sürətləndirib. Eyni zamanda, Azərbaycanın tranzit və logistika qovşağı kimi rolu gücləndirilib, nəqliyyat əlaqələrinin inkişafı üçün yeni investisiya və tərəfdaşlıq imkanları yaranıb Rəhman Hümməttov Çexiyanı ITF Sammitinə sədrliyə başlaması münasibətilə təbrik edib və Azərbaycanın dəstək verməyə hazır olduğunu qeyd edib

Kaynak: trend.az

Diğer Haberler