Tenqri
Ana Səhifə
İqtisadiyyat

İİB nümayəndə heyəti Azərbaycanın Ələt AİZ-də həyata keçirilən layihələrlə tanış olub (FOTO)

BAKI, Azərbaycan, 8 may. Mayın 7-də İslam İnkişaf Bankının (İİB) sədri Məhəmməd Əl Casserin başçılıq etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (AİZ) olub və hazırda həyata keçirilən layihələrlə tanış olub Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sə

0 baxıştrend.az
İİB nümayəndə heyəti Azərbaycanın Ələt AİZ-də həyata keçirilən layihələrlə tanış olub (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 8 may. Mayın 7-də İslam İnkişaf Bankının (İİB) sədri Məhəmməd Əl Casserin başçılıq etdiyi nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında (AİZ) olub və hazırda həyata keçirilən layihələrlə tanış olub Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İqtisadiyyat Nazirliyinin digər nümayəndələri ilə görüşüb. Görüşdə Ələt AİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov zona ilə bağlı geniş təqdimatla çıxış edib Təqdimat zamanı Ələsgərov Ələt AİZ-də investorlar üçün yaradılmış biznes mühiti barədə qonaqlara ətraflı məlumat verib. O, zonanın unikal qanunvericilik bazası, fiskal və qeyri-fiskal təşviq paketləri, tam inkişaf etmiş infrastrukturu, kommunal xətləri olan sənaye torpaq sahələri, eləcə də nəqliyyat və logistika üstünlüklərindən danışıb. Bundan əlavə, o, qonaqlara zonada tamamlanan infrastruktur layihələri və hazırda həyata keçirilən layihələr barədə məlumat verib Məhəmməd Əl Casser görülən işləri yüksək qiymətləndirib, xüsusilə də hazırda həyata keçirilən layihələri, o cümlədən hava limanının tikintisini qeyd edib. O, digər uğurlu azad iqtisadi zonaların təcrübəsinə də böyük maraq göstərib və qeyd edib ki, investorlarla əlaqələrin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi, o cümlədən proseslərin mərkəzləşdirilmiş şəkildə idarə olunması zonanın cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır Səfər zamanı nümayəndə heyəti və İqtisadiyyat Nazirliyinin nümayəndələri Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış biznes mühitinə baxış keçiriblər. Əvvəlcə qonaqlar yüngül və standart texnika istehsalı üçün nəzərdə tutulmuş 1 saylı AİZ zonasına baş çəkmiş, burada aparılan infrastruktur işlərinə baxmışlar. Daha sonra onlar 4-cü AİZ zonasında beynəlxalq hava limanının tikintisini müşahidə ediblər

Kaynak: trend.az

Diğer Haberler