Tenqri
Ana Səhifə
Dünya

"İtaliya Azərbaycana özünün enerji təhlükəsizliyinin dayanıqlı bir elementi kimi baxır" - İlham Şaban

“2020-ci ilin son günündən başlayaraq 5 il ərzində Azərbaycan İtaliya bazarında 42 mlrd m3-dan çox təbii qaz satıb. Azərbaycan qazı üçün İtaliya önəmli bir bazardı. Fikrimcə, rəsmi Bakı İtaliya üçün ixrac qaz həcmlərini artıra bilər. Ötən il İtaliya Azərbaycandan TAP kəməri vasitəsi ilə 9,5 mlrd m3

0 baxış525.az
"İtaliya Azərbaycana özünün enerji təhlükəsizliyinin dayanıqlı bir elementi kimi baxır" - İlham Şaban
Paylaş:

“2020-ci ilin son günündən başlayaraq 5 il ərzində Azərbaycan İtaliya bazarında 42 mlrd m3-dan çox təbii qaz satıb. Azərbaycan qazı üçün İtaliya önəmli bir bazardı. Fikrimcə, rəsmi Bakı İtaliya üçün ixrac qaz həcmlərini artıra bilər. Ötən il İtaliya Azərbaycandan TAP kəməri vasitəsi ilə 9,5 mlrd m3 qaz idxal edib. İtaliya qaz bazarında Azərbaycanın payı 16 faiz təşkil edib. Bu baxımdan Azərbaycan "Abşeron-2" layihəsi üzrə qazın çıxarılmasını gözləmədən bunu edə bilər” Bunu 525.az-a Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. Ekspertin dediyinə görə, İtaliya Azərbaycana özünün enerji təhlükəsizliyinin dayanıqlı bir elementi kimi baxır. Çünki Azərbaycan neftinin ən çox ixrac edildiyi ölkə İtaliyadır. Bundan əlavə İtaliyanın qaz tədarükündə ABŞ, Əlcəzairdən sonra Azərbaycan üçüncü yerdə öz mövqeyini möhkəmləndirib. Azərbaycandan sonra Qətər gəlir, amma İran müharibəsinin fəsadı olaraq onun qaz emal zavodu ciddi zərbə alıb və yaxın dövr üçün bərpası problemlidir, hazırda isə Hörmüz ətrafındakı qeyri-müəyyənlik isə Qətər qazının tankerlərlə daşınması yolunda ən böyük maneəyə çevrilib: “Belə bir şəraitdə İtaliya Baş nazirinin Azərbaycana səfəri heç şübhəsiz ölkəmizlə enerji əməkdaşlığının möhkəmləndirilmsi yolunda atılan addım kimi qiymətləndirilə bilər. Çünki ölkələrimiz arasında infrastruktur mövcuddur, qaz kəmərinin ilk texniki genişləndirilməsi artıq cati ilin əvvəlinə həllini tapıb və onun yaxın gələcəkdə genişləndirilməsi üçün real qarçılıqlı addımların atılması da mümkündür”

Kaynak: 525.az

Diğer Haberler