Tenqri
Ana Səhifə
Dünya

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün yaradılmış informasiya platforması olan “Diplomatic World Sweden” saytında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Ümumdünya Ətraf Mühit Günü, iqlim dəyişikliyi, davamlı inkişaf və ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa həsr ol

0 baxışazertag.az
İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub
Paylaş:

İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün yaradılmış informasiya platforması olan “Diplomatic World Sweden” saytında Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovun Ümumdünya Ətraf Mühit Günü, iqlim dəyişikliyi, davamlı inkişaf və ətraf mühit sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş məqaləsi dərc edilib AZƏRTAC xəbər verir ki, diplomat “Baltik dənizindən Xəzər dənizinə qədər” sərlövhəli məqaləsində müasir ekoloji çağırışların, o cümlədən iqlim dəyişikliyi, su qıtlığı və biomüxtəlifliyin itirilməsinin dövlətlərin və beynəlxalq təşkilatların birgə səylərini tələb etdiyini qeyd edib. Müəllif Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının (COP29), eləcə də iqlimin maliyyələşdirilməsi, davamlı şəhərsalma və yaşıl keçid məsələlərinin müzakirə olunduğu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) vacibliyini vurğulayıb Məqalədə Xəzər dənizinin ekoloji problemlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, son onilliklərdə Xəzər dənizində suyun səviyyəsi xeyli aşağı düşüb və bu da ekosistemlərə, biomüxtəlifliyə, gəmiçiliyə və sahilyanı dövlətlərin iqtisadiyyatına təsir göstərir Z.Əhmədov, həmçinin Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr, “Ağıllı şəhər” və kəndlərin tikintisi, ekoloji mədəniyyətin yüksəlməsi və ətraf mühitin qorunmasına yönəlmiş ictimai təşəbbüslər haqqında da yazıb. Müəllifin fikrincə, Azərbaycanla Skandinaviya ölkələri arasında yaşıl enerji, su ehtiyatlarının idarə olunması, davamlı şəhərsalma və ətraf mühit texnologiyaları sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi ümumi ekoloji problemlərin effektiv həll yollarının axtarışına töhfə verə bilər Sonda səfir vurğulayıb ki, iqlim, su ehtiyatları və biomüxtəlifliyin qorunması məsələləri beynəlxalq əməkdaşlıq tələb edir, Baltik dənizindən Xəzər dənizinə qədər olan bölgələr arasındakı tərəfdaşlıq isə davamlı inkişafa və gələcək nəsillərin rifahına töhfə verə bilər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler