Tenqri
Ana Səhifə
Dünya

İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

İstanbulda Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Bahar naxışları” mövzusunda fərdi sərgisi açılıb AZƏRTAC xəbər verir ki, sərgi şəhərin Beyoğlu bələdiyyəsinin 6-cı dairə sənət qalereyasında təşkil edilib. Sərgi SAKÜDER-Sənət və Sənətkarlar Birliyi Mədəniyyət Dərnəyi ilə Beyoğlu bələ

0 baxışazertag.az
İstanbulda Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb
Paylaş:

İstanbulda Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynovun “Bahar naxışları” mövzusunda fərdi sərgisi açılıb AZƏRTAC xəbər verir ki, sərgi şəhərin Beyoğlu bələdiyyəsinin 6-cı dairə sənət qalereyasında təşkil edilib. Sərgi SAKÜDER-Sənət və Sənətkarlar Birliyi Mədəniyyət Dərnəyi ilə Beyoğlu bələdiyyəsinin əməkdaşlığı ilə ərsəyə gəlib SAKÜDER-in sədri Ali Eserin kuratorluğu ilə baş tutan açılış mərasimində çıxış edən Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayev və ictimai xadim Kəmalə Paşayeva Arif Hüseynovun yaradıcılığı barədə danışıblar AZƏRTAC-a açıqlamasında sərgidə 32 əsərinin nümayiş olunduğunu deyən rəssam əsas mövzunun sevgi üzərində qurulduğunu bildirib “Bahar naxışları” mənim İstanbulda keçirilən ilk sərgimdir. Daha əvvəl Türkiyənin müxtəlif şəhərlərində əsərlərim sərgilənib, lakin indiyədək İstanbul sənətsevərləri ilə görüşmək imkanım olmayıb. Bu, mənim üçün çox dəyərli və həyəcanvericidir. Əsərlərimin istanbullular tərəfindən necə qarşılanacağını böyük maraqla gözləyirəm”, - deyə sənətkar qeyd edib. O bildirib ki, burada nümayiş olunan əsərlər Azərbaycan mədəniyyəti və tarixini əks etdirir: “Azərbaycan folkloru əsərlərimdəki əsas motivlərdən biridir. Bu sərgidəki ən böyük məqsədim Azərbaycan mədəniyyəti və tarixinin dəyərli irsini İstanbul sənətsevərlərinə təqdim etməkdir. Bu imkanı əldə etdiyim üçün çox məmnunam” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler