İstanbulda Qlobal Dizayn Forumu keçiriləcək
Türkiyənin İstanbul şəhərində ilk dəfə Qlobal Dizayn Forumu keçiriləcək "Report"un məlumatına görə, forum 13–16 may tarixlərində baş tutacaq Forumun İstanbul mərhələsi Türkiyə Turizmin Təbliği və İnkişafı Agentliyi və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçirilir Dörd gün ərzində şə

Türkiyənin İstanbul şəhərində ilk dəfə Qlobal Dizayn Forumu keçiriləcək "Report"un məlumatına görə, forum 13–16 may tarixlərində baş tutacaq Forumun İstanbul mərhələsi Türkiyə Turizmin Təbliği və İnkişafı Agentliyi və digər beynəlxalq tərəfdaşların dəstəyi ilə həyata keçirilir Dörd gün ərzində şəhərin müxtəlif məkanlarında formalaşacaq dörd fərqli təcrübə mərhələsindən ibarət olacaq tədbir İstanbulun mədəni və yaradıcı potensialını iştirakçılara daha dərin və çoxölçülü şəkildə təqdim etməyi hədəfləyir Forumun əsas mövzusu "Dünyaların təması" mövzusudur. Bu çərçivədə qlobal səviyyədə qarşılıqlı əlaqəli böhranların artdığı bir dövrdə dizaynın rolu və mənası müzakirə ediləcək Proqram çərçivəsində iki gün ərzində keçiriləcək sessiyalar, təqdimatlar və müzakirələrdə beynəlxalq və yerli dizaynerlər, sənətçilər bir araya gələrək dizaynın gələcəyinə dair fikir mübadiləsi aparacaqlar Qeyd edək ki, dizayn dünyasının aparıcı beynəlxalq fikir platformalarından biri olan Qlobal Dizayn Forumu 15 ildən artıqdır ki, London Dizayn Festivalı çərçivəsində Victoria və Albert Muzeyi tərəfindən təşkil olunur və qlobal dizayn düşüncəsinin formalaşmasında mühüm rol oynayır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


