İstanbulda Boğaziçi nəqliyyatı dayandırılıb
Bosfor boğazından keçən "Queen Bee" adlı Panama bayraqlı gəminin hərəkət zamanı mühərrikində nasazlıq yaranıb. Yaranmış nasazlıq səbəbindən dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə hər iki istiqamətdə keçidlər müvəqqəti dayandırılıb Hadisə barədə məlumat verildikdən sonra Sahil T

Bosfor boğazından keçən "Queen Bee" adlı Panama bayraqlı gəminin hərəkət zamanı mühərrikində nasazlıq yaranıb. Yaranmış nasazlıq səbəbindən dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək məqsədilə hər iki istiqamətdə keçidlər müvəqqəti dayandırılıb Hadisə barədə məlumat verildikdən sonra Sahil Təhlükəsizliyi Baş Müdirliyinə aid qruplar sürətlə bölgəyə sövq edilib. Qırılan quru yük gəmisinə cavab tədbirləri davam edərkən, gəminin təhlükəsiz əraziyə çəkilməsi üçün qrupların koordinasiyalı əməliyyatı davam edir


