İsrail ordusu Livanın cənubunda iki hərbçinin öldüyünü açıqlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda hərbi əməliyyatların keçirildiyi ərazidə özünün iki hərbçisinin həlak olduğunu bildirib "Report" xəbər verir ki, ordu mətbuat xidmətinin bəyanatını yerli "Ynet" portalı yayıb Məlumata görə, həlak olanlardan biri elit xüsusi təyinatlı bölmədə bölük k

İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda hərbi əməliyyatların keçirildiyi ərazidə özünün iki hərbçisinin həlak olduğunu bildirib "Report" xəbər verir ki, ordu mətbuat xidmətinin bəyanatını yerli "Ynet" portalı yayıb Məlumata görə, həlak olanlardan biri elit xüsusi təyinatlı bölmədə bölük komandirinin müavini vəzifəsini tutan 23 yaşlı kapitan Şahar Qamla olub. O, cümə axşamı dron hücumu nəticəsində ağır yaralanıb və sonradan hospitalda dünyasını dəyişib Piyada briqadasında xidmət edən 21 yaşlı çavuş Ohad Yaari Livanın cənbunda operativ tapşırıqları yerinə yetirərkən həlak olub. "Ynet" qeyd edib ki, ölümə səbəb "təsadüfi güllə" olub və yaxın vaxtlarda hərbi polis baş vermiş hadisənin təfərrüatlarını araşdırmaq niyyətindədir Aprelin 17-dən etibarən İsraillə silahlı qruplaşmaları Livanın cənbunda fəaliyyət göstərən "Hizbullah" radikal hərəkatı arasında formal olaraq atəşkəs rejimi qüvvədədir. Buna baxmayaraq, bütün bu dövr ərzində hər iki tərəf Livan-İsrail sərhədi boyunca sərhədyanı zonalara zərbələr endirməkdə davam edir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


