Tenqri
Ana Səhifə
Dünya

İsrailin baş naziri İrana qarşı müharibənin sarsılmaz davam edəcəyinə söz verib

BAKI, Azərbaycan, 6 aprel. İrana qarşı müharibə tam gücü ilə davam edəcək. Trend -in məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu X hesabında yazıb Netanyahu bu səhər Tehrana endirilən hava hücumlarından birində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəh

0 baxıştrend.az
İsrailin baş naziri İrana qarşı müharibənin sarsılmaz davam edəcəyinə söz verib
Paylaş:

BAKI, Azərbaycan, 6 aprel. İrana qarşı müharibə tam gücü ilə davam edəcək. Trend -in məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu X hesabında yazıb Netanyahu bu səhər Tehrana endirilən hava hücumlarından birində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat xidmətinin rəhbəri Məcid Xademini məhv etdiyi üçün ordunu tərifləyib O, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 840-cı bölməsinə - “Qüds” bölməsinə rəhbərlik edən Yəzdan Miri zərərsizləşdirdiyinə görə İsrail Müdafiə Qüvvələrini tərifləyib. Onun sözlərinə görə, Sərdar Bağeri ləqəbi ilə tanınan iranlı komandir dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərə qarşı hücumlara görə məsuliyyət daşıyırdı Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, iri şəhərlərə, o cümlədən Tehrana zərbələr endirib. Ağ Ev hücumlara əsas kimi İslam Respublikasından gələn raket və nüvə təhlükələrini göstərib. Zərbələr zamanı İranın ali dini lideri Ayətullah Əli Xamenei və bir neçə digər yüksək vəzifəli məmurun həlak olduğu bildirilir. Buna cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı elan edib və ABŞ-ın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini ballistik raketlər, qanadlı raketlər və dronlardan istifadə edərək hədəfə alıb Münaqişə regionun enerji infrastrukturunu və dəniz gəmiçiliyini ciddi təhlükə altında qoyub. Hörmüz boğazında təhlükəsizlik gərginliyi səbəbindən qlobal neft qiymətləri əhəmiyyətli dərəcədə artıb. İran Hörmüz boğazına tam nəzarət edir və yalnız lazım bildiyi gəmilərə keçidə icazə verir

Kaynak: trend.az

Diğer Haberler