Tenqri
Ana Səhifə
Dünya

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb

İspaniyada may ayında baş verən həddindən artıq isti havalar 101 nəfərin həyatına son qoyub AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu, 2015-ci ildə qeydlər aparılmağa başlanandan bəri rekord rəqəmdir “Bu rəqəm son on ildə may ayında baş verən isti hava ilə bağlı ölümlərin or

0 baxışazertag.az
İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb
Paylaş:

İspaniyada may ayında baş verən həddindən artıq isti havalar 101 nəfərin həyatına son qoyub AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, bu, 2015-ci ildə qeydlər aparılmağa başlanandan bəri rekord rəqəmdir “Bu rəqəm son on ildə may ayında baş verən isti hava ilə bağlı ölümlərin orta sayından 3,6 dəfə çoxdur”, - deyə Nazirliyin mətbuat açıqlamasında bildirilib Hökumət erkən isti hava dalğalarının hətta “yay başlamazdan əvvəl” belə sağlamlığa ciddi təsiri barədə xəbərdarlıq edir Məlumatlar İspaniyada hər gün bütün ölüm hallarını qeydə alan “MoMo” sistemindən əldə edilib. Sistem faktiki ölüm sayını tarixi məlumatlara əsaslanan statistik proqnozlarla müqayisə edir Son bir neçə gündə İspaniyanın müxtəlif şəhərlərində, xüsusən də ölkənin şimalında temperatur rekordları qırılıb. “Aemet” Milli meteorologiya xidmətinin məlumatına görə, söhbət “may ayı üçün olduqca yüksək temperaturlar”dan gedir, hansı ki, üstəlik təəccüblü dərəcədə uzun müddət davam etdi 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

İspaniyada isti havalarla bağlı rekord sayda ölüm halları qeydə alınıb | Tenqri