İsmail Yüksekin bu qərarı fanatları şoka salıb
“Fənərbağça”nın milli futbolçusu İsmail Yüksekin mövsümün sonunda komandadan ayrıla biləcəyi irəli sürülüb. Ulduz futbolçunun gələcəyi Avropadan gələn təkliflərdən sonra maraq mövzusuna çevrilib Bu mövsüm sarı-göylü forma ilə bir çox matça çıxan İsmail Yüksekin karyerasını Avropada davam etdirməyi

“Fənərbağça”nın milli futbolçusu İsmail Yüksekin mövsümün sonunda komandadan ayrıla biləcəyi irəli sürülüb. Ulduz futbolçunun gələcəyi Avropadan gələn təkliflərdən sonra maraq mövzusuna çevrilib Bu mövsüm sarı-göylü forma ilə bir çox matça çıxan İsmail Yüksekin karyerasını Avropada davam etdirməyi düşündüyü iddia edilib. Milli futbolçunun xüsusilə Fransa və İtaliyadan təklif aldığı bildirilib Xəbərdə İsmail Yüksekin yarımmüdafiədə Kante və Guendouzidən geri qalmaq istəmədiyi bildirilib. Bildirilib ki, 27 yaşlı futbolçu daha çox oynamaq şansı qazanacağı komandada oynamaq istəyir İsmail Yüksekin dünya çempionatından sonra gələn təklifləri dəyərləndirməyi planlaşdırdığı iddia edilib. Fənərbaxçada futbolçunun gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir Bildirilib ki, “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilə qədər davam edən milli futbolçunun hazırkı bazar dəyəri 15 milyon avrodur. İsmail Yüksek bu mövsüm sarı-göylü forma ilə 46 matçda forma geyindi


