Onun adı Qalatasarayla hallandı! Bernardo Silvanın bəyanatı
Transfer dövrünün ən çox danışılan adlarından olan Bernardo Silva gələcəyi ilə bağlı təəccüblü açıqlamalar verib. Adı Super Liqanın son çempionu "Qalatasaray" və İspaniya nəhəngi "Barselona" ilə hallandırılan portuqaliyalı ulduz qeyri-müəyyənliyin tez bir zamanda sona çatacağını gözləyir Transfer

Transfer dövrünün ən çox danışılan adlarından olan Bernardo Silva gələcəyi ilə bağlı təəccüblü açıqlamalar verib. Adı Super Liqanın son çempionu "Qalatasaray" və İspaniya nəhəngi "Barselona" ilə hallandırılan portuqaliyalı ulduz qeyri-müəyyənliyin tez bir zamanda sona çatacağını gözləyir Transfer prosesinin uzanmasını və millinin çıxışına təsir göstərməsini istəməyən təcrübəli futbolçu 2026-cı il dünya çempionatı başlamadan qərarını verəcəyini açıqlayıb. Mövzu ilə bağlı açıqlama verən Silva, "Dünya çempionatından əvvəl növbəti klubumla bağlı qərar vermək istəyirəm. Portuqaliya düşərgəsinə qatılanda gələcəyim artıq bəlli olmalıdır" deyib Karyerasına başladığı klub olan "Benfika"ya qayıdıb-qayıtmayacağı ilə bağlı sualları cavablandıran ulduz futbolçu bu ehtimalın hələlik uzaq olduğunu qeyd edərək, "Dönməyi çox istərdim, amma indi bunun üçün doğru zaman deyil. "Həmçinin, vaxtı gələndə klubun məni istəyəcəyi sual işarəsidir" dedi


