Tenqri
Ana Səhifə
Siyasət

Şirin vədlərin acı nəticələri: özəl şirkətlərin hərbi xidmətdən yayındırmaq üçün "xaricdə təhsil" oyunu - ARAŞDIRMA

Məktəbi və ya universiteti bitirən gənclərin bir qismi təhsilini davam etdirmək üçün qəbul imtahanlarında uğur qazana bilmədikdə alternativ yollar axtarmağa başlayır. Məhz bu məqamda bazarda sürətlə artan vasitəçi təhsil şirkətləri diqqət mərkəzinə düşür Bəzi şirkətlər bu boşluqdan istifadə edərək

0 baxışreport.az
Şirin vədlərin acı nəticələri: özəl şirkətlərin hərbi xidmətdən yayındırmaq üçün "xaricdə təhsil" oyunu - ARAŞDIRMA
Paylaş:

Məktəbi və ya universiteti bitirən gənclərin bir qismi təhsilini davam etdirmək üçün qəbul imtahanlarında uğur qazana bilmədikdə alternativ yollar axtarmağa başlayır. Məhz bu məqamda bazarda sürətlə artan vasitəçi təhsil şirkətləri diqqət mərkəzinə düşür Bəzi şirkətlər bu boşluqdan istifadə edərək xaricdə təhsil adı altında müxtəlif "təklif paketləri" təqdim edir. Bu paketlər çərçivəsində isə akademik göstəricilərdən asılı olmayaraq, bəzən aşağı reytinqli və ya təhsil keyfiyyəti şübhə doğuran universitetlərə qəbul prosesi təşkil olunur. Nəticədə, real bilik və akademik inkişafdan çox, formal tələbə statusunun əldə edilməsi əsas hədəfə çevrilir Bu cür yanaşma həm gənclərin gələcək karyera perspektivlərinə, həm də ümumilikdə təhsil anlayışına mənfi təsir göstərir. Çünki təhsil seçimində əsas meyar keyfiyyət və ixtisaslaşma deyil, daha çox inzibati üstünlüklər, o cümlədən hərbi xidmətdən möhlət əldə etmək imkanı olur Sxemin əsas elementlərindən biri isə vasitəçi təhsil şirkətlərin köməyi ilə xarici universitetlərə qeydiyyat prosesinin sürətləndirilməsi və nəticədə tələbə statusunun əldə edilməsidir Məsələ ilə bağlı diqqət çəkən digər məqam isə bu sahədə fəaliyyət göstərən bəzi şirkətlərin reklam vədləridir. Bir sıra vasitəçilər xaricdə təhsil imkanlarını təqdim edərkən əsas üstünlük kimi məhz hərbi xidmətdən möhlət əldə etmə faktorunu ön plana çıxarır. Bu isə artıq fərdi seçimdən daha çox, təşkilatlanmış yanaşmanın mövcudluğu ehtimalını gücləndirir Bu tendensiyanın davam etməsi təhsil sisteminin nüfuzuna və hərbi xidmət institutuna ictimai münasibətə necə təsir göstərəcəyi sualını da gündəmə gətirir Tədris ilinin sonuna yaxınlaşdıqca bu tendensiyanın daha da aktivləşdiyi müşahidə olunur Təhsil eksperti Elmin Nuri "Report"a açıqlamasında qeyd edib ki, ən azı 10 ildir bu problem qalmaqdadır: "Hər il ixtisas seçiminin nəticələri açıqlanandan sonra təxminən avqust ayının sonlarında xarici təhsil şirkətləri ciddi şəkildə bu və digər istiqamətlərdə işə başlayırlar. Təbii ki, biz peşəkar əsaslarda öz işini görən, həqiqətən də, xaricdə Azərbaycan təhsili arasında böyük körpü yaradan xarici təhsil şirkətlərini bu siyahıya qatmırıq. Amma onların iş prinsipindən fərqli olaraq müəyyən işlər görən və digər meyarlara görə öz iş proqramını müəyyənləşdirən şirkətlər var" Ekspert bildirib ki, bir sıra vətəndaşlar hərbi xidmətdən dörd il ərzində ertələmə səbəbindən xarici təhsil şirkətlərinə üz tuturlar: "Xarici təhsil şirkətləri də bu həssaslıqdan istifadə edərək müəyyən qeyri loyal müstəvidə fəaliyyət proqramı yürütməyə çalışırlar. Ən azından valideynlər Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Elm və Təhsil Nazirliyinin bəlli siyahısına baxmalıdırlar. Həmin siyahı diplomları Azərbaycanda tanınan universitetləri özündə əks etdirir" E.Nuri qeyd edib ki, həmin saxta təklifdən yararlanmaq istəyənlər sonradan diplomu tanıtmalıdırlar "Biz yenə valideynlərdən bu məsələdə xahiş etməliyik ki, istər hərbi xidmət, istərsə də digər səbəblərdən universitetə daxil olmaq üçün belə iş görən şəxslərdən qaçsınlar" Azərbaycan Vəkillər Kollegiyasının üzvü İntiqam Hacıyev deyib ki, xaricdə təhsillə bağlı diqqət yetirilməli iki məqam var: "Əgər vətəndaş hərbi xidmətdən yayınmaq üçün bilərəkdən Azərbaycanda tanınmayan xarici ölkələrin universitetinə qəbul olur və təhsil prosesində iştirak etmirsə, bu zaman məsuliyyət vətəndaşın üzərinə düşür. Yox əgər xaricdə təhsil şirkəti vətəndaşı aldadaraq heç bir perspektivi olmayan universitetə qəbulunu aparırsa, məsuliyyət şirkətin üzərinə düşür" O qeyd edib ki, birinci halda vətəndaş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci (üzrlü səbəb olmadan həqiqi hərbi xidmətdən yayınma) maddəsi, ikinci halda isə xaricdə təhsil şirkəti Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb oluna bilər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir: "Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxslər təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər. Əks təqdirdə həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar" O qeyd edib ki, bununla yanaşı, xaricdə təhsil alan çağırışçılar təhsil almaları barədə sənədləri leqallaşdırmalı və ya onlara apostil verilməlidir: "Bundan sonra həmin sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə notarial qaydada təsdiq olunmalıdır" Dövlət Xidmətinin sözçüsü vurğulayıb ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler