Şirin Məlikova: Almatıda Azərbaycan incəsənətinin cavab sərgisinin keçirilməsi planlaşdırılır
“Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” layihəsinə xüsusi əhəmiyyət verən məqamlardan biri də Azərbaycan müstəqillik qazandıqdan sonra Milli İncəsənət Muzeyinin ilk dəfə keçmiş müttəfiq respublikaların əsərlərindən ibarət fondlarına müraciət etməsidir Bu barədə AZƏRTAC-ın müxbiri ilə söh

“Mədəniyyətlərin dialoqu: Qazaxıstan – Azərbaycan” layihəsinə xüsusi əhəmiyyət verən məqamlardan biri də Azərbaycan müstəqillik qazandıqdan sonra Milli İncəsənət Muzeyinin ilk dəfə keçmiş müttəfiq respublikaların əsərlərindən ibarət fondlarına müraciət etməsidir Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova məlumat verib Onun sözlərinə görə, iki muzey arasında əməkdaşlıq 2024-cü ildə əməkdaşlıq haqqında Memorandum imzalandıqdan sonra başlayıb “Birgə iş zamanı mütəxəssislər müəyyən ediblər ki, hər iki muzeyin kolleksiyalarında Azərbaycan və Qazaxıstan rəssamlarının əsərləri saxlanılır və onların bir hissəsi daimi ekspozisiyalarda nümayiş olunur. Məhz bu, mübadilə sərgilərinin təşkili ideyasının yaranması üçün başlanğıc nöqtəsi olub”, – deyə Ş.Məlikova söyləyib O vurğulayıb ki, layihəyə hazırlıq çərçivəsində əsərlərin atribusiyası və rəssamların bioqrafik məlumatlarının dəqiqləşdirilməsini əhatə edən genişmiqyaslı elmi-tədqiqat işi aparılıb “Hazırda yaxın gələcəkdə Almatıda Abılxan Kasteyev adına Qazaxıstan Milli İncəsənət Muzeyində Azərbaycan incəsənətinin cavab sərgisinin keçirilməsi imkanı nəzərdən keçirilir”, – deyə muzeyin direktoru qeyd edib O bildirib ki, sərgi çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan mütəxəssislərin iştirakı ilə beynəlxalq dəyirmi masa təşkil olunub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


