İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
İçərişəhərdəki Bakı Fotoqrafiya Evində görkəmli violonçel ifaçısı, professor, Xalq artisti Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti Salman Qəmbərov (fortepiano), Əməkdar artist Əyyub Əliyev (violonçel), Əməkdar artist

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində görkəmli violonçel ifaçısı, professor, Xalq artisti Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq artisti Salman Qəmbərov (fortepiano), Əməkdar artist Əyyub Əliyev (violonçel), Əməkdar artist Vaxtanq İmanov (alt), beynəlxalq müsabiqələr laureatı Tamilla Həsənova (vokal), eləcə də maestro Abdullayevin qızı, pianoçu Ülviyyə Abdullayeva (piano) və görkəmli violonçel ifaçısının nəvəsi - beynəlxalq müsabiqələr laureatı Anastasiya Mişula (skripka) iştirak ediblər Proqramda Azərbaycan və xarici bəstəkarların klassik əsərləri səsləndirilib Konsert ispan rəssam və heykəltəraş Nani Boronatın fotosərgisi ilə müşayiət olunub və o, Rasim Abdullayevin violonçelinin bir sıra fotoşəklini təqdim edib Gecə musiqisevərləri, maestronun dostlarını və tələbələrini, mədəniyyət və incəsənət xadimlərini, mətbuat nümayəndələrini bir araya gətirib Rasim Abdullayev Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Dövlət Konservatoriyasının məzunu, dahi Mstislav Rostropoviçin və görkəmli müəllim Sabir Əliyevin tələbəsi olub. O, təkcə parlaq ifaçı deyil, həm də bütöv bir musiqiçi qalaktikasını yetişdirən istedadlı müəllim idi. Onun sənəti Azərbaycan, Misir, Suriya, Bolqarıstan, Fransa, Almaniya, Çexiya və İspaniyanın klassik musiqisevərlərini heyran qoyub, sənətkar bu ölkələrin filarmoniya səhnələrində və kamera ansambllarının tərkibində uğurla çıxış edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


