Tenqri
Ana Səhifə
İqtisadiyyat

İranın Mərkəzi Bankı bir neçə kredit ödənişi gecikməsini ləğv edib

BAKI, Azərbaycan, 9 may. İran Mərkəzi Bankı (MBB) fevralın 28-dən aprelin 29-dək kreditlərin ödənilməsinin gecikdirilməsi üçün ayrılmış vəsaiti ləğv edib. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir Açıqlamaya görə, ləğvetmə 7 milyard rialdan (təxminən 5300 dollar) az olan kreditin ödənilməsinin

0 baxıştrend.az
İranın Mərkəzi Bankı bir neçə kredit ödənişi gecikməsini ləğv edib
Paylaş:

BAKI, Azərbaycan, 9 may. İran Mərkəzi Bankı (MBB) fevralın 28-dən aprelin 29-dək kreditlərin ödənilməsinin gecikdirilməsi üçün ayrılmış vəsaiti ləğv edib. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir Açıqlamaya görə, ləğvetmə 7 milyard rialdan (təxminən 5300 dollar) az olan kreditin ödənilməsinin gecikdirilməsi ilə bağlıdır Açıqlamada qeyd olunub ki, ölkə üzrə 16 bank və maliyyə qurumu kredit ödənişlərinin gecikdirilməsi ilə bağlı iş aparacaq Kreditin ödənilməsinin gecikməsi ABŞ, İsrail və İran arasında müharibənin başlaması ilə əlaqədar yaranıb Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Aprelin 21-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, atəşkəs rejimini İran öz təklifini təqdim edənə və bu və ya digər şəkildə müzakirələr yekunlaşana qədər uzadıb

Kaynak: trend.az

Diğer Haberler