İran XIN: İsrailin hər hansı yeni addımı sərt cavablanacaq
İsrailin hər hansı yeni addımı sərt cavablanacaq APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İsrailin hər hansı yeni addımının İran tərəfindən sərt cavabla qarşılanacağını bildirib Bəyanatda qeyd olunub ki, 8 aprel tarixli atəşkəsin dəfələrlə pozulması v

İsrailin hər hansı yeni addımı sərt cavablanacaq APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda İsrailin hər hansı yeni addımının İran tərəfindən sərt cavabla qarşılanacağını bildirib Bəyanatda qeyd olunub ki, 8 aprel tarixli atəşkəsin dəfələrlə pozulması və İsrailin ABŞ-la birlikdə İran və Livana qarşı davam edən hərbi fəaliyyətləri fonunda İran silahlı qüvvələri bazar ertəsi axşamı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində bir neçə hərbi hədəfi vurub Nazirlik vurğulayıb ki, Livan atəşkəsi 8 aprel razılaşmasının tərkib hissəsidir və ABŞ bu razılaşmanın pozulması və regionda gərginliyin artmasının nəticələrinə görə məsuliyyət daşıyır. Həmçinin bildirilib ki, İsrailin hər hansı yeni addımı İran tərəfindən sərt cavabla qarşılanacaq


