Tenqri
Ana Səhifə
Dünya

İran-Türkiyə danışıqları oldu

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı apararaq regiondakı əsas hadisələri müzakirə ediblər Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri bu telefon danışığında türkiyəli həmkarını İslam R

0 baxışmodern.az
İran-Türkiyə danışıqları oldu
Paylaş:

İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçı və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı apararaq regiondakı əsas hadisələri müzakirə ediblər Modern.az “Tasnim”ə istinadən xəbər verir ki, İranın xarici işlər naziri bu telefon danışığında türkiyəli həmkarını İslam Respublikasının müharibənin qəti şəkildə dayandırılması üçün həyata keçirdiyi son diplomatik təşəbbüslər və səylərlə bağlı məlumatlandırıb Abbas Araqçı ABŞ-ın son dövrlərdə Fars körfəzi bölgəsindəki avantürist hərəkətlərinə və bəzi yüksək vəzifəli amerikalı rəsmilərin “kobud və təhqiredici” bəyanatlarına toxunaraq bildirib: “ABŞ qüvvələrinin son vaxtlar Fars körfəzində gərginlik yaradan addımları və atəşkəsi dəfələrlə pozması onun diplomatiya yolundakı niyyəti və ciddiliyi ilə bağlı şübhələri artırıb.” İranın xarici işlər naziri ABŞ tərəfinin dağıdıcı yanaşmasının diplomatik prosesi zəiflətdiyini və İran xalqının ABŞ-ın niyyətlərinə dair inamsızlığını daha da dərinləşdirdiyini bildirib. O vurğulayıb ki, qarşı tərəfin qanunsuz təcavüzlərinin, həddindən artıq və məntiqsiz yanaşmalarının dayandırılması mövcud diplomatik prosesin irəliləməsi üçün vacibdir Türkiyənin xarici işlər naziri Hakan Fidan isə müharibənin sona çatdırılması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb və Türkiyənin bu istiqamətdə davam edən diplomatik prosesi dəstəklədiyini bildirib

Kaynak: modern.az

Diğer Haberler