Tenqri
Ana Səhifə
Siyasət

İran Pakistanın vasitəçiliyi ilə ABŞ danışıqlarını bərpa etməyə hazır olduğunu bildirir

BAKI, Azərbaycan, 7 may. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezayi yerli mətbuata bildirib ki, İran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqları bərpa etməyə hazırdır Onun sözlərinə görə, İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır. Məlumat m

0 baxıştrend.az
İran Pakistanın vasitəçiliyi ilə ABŞ danışıqlarını bərpa etməyə hazır olduğunu bildirir
Paylaş:

BAKI, Azərbaycan, 7 may. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezayi yerli mətbuata bildirib ki, İran Pakistanın vasitəçiliyi ilə ABŞ ilə danışıqları bərpa etməyə hazırdır Onun sözlərinə görə, İran hazırda ABŞ-la birbaşa danışıqlar aparmır. Məlumat mübadiləsi yalnız Pakistanın vasitəçiliyi ilə həyata keçirilir Rezai əlavə edib ki, Pakistan tərəfi İran və ABŞ arasında razılaşmanı asanlaşdırmağa çalışır "Hazırda İranın müzakirələr üçün müəyyən çərçivələri var. İran hazırda nüvə məsələsini müzakirə etmir. İran müharibənin dayandırılması, İranın Hörmüz boğazına nəzarəti, müharibəyə görə İrana təzminat ödənilməsi və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlara hazır olduğunu bildirib", - o qeyd edib Bu arada, ABŞ və İran arasında nüvə danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə olunmadığından vəziyyət fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlarına başlaması ilə gərginləşdi. İran buna cavab olaraq İsrail və ABŞ-ın bölgədəki obyektlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Bu hadisələrdən sonra aprelin 7-də Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə edildi. Lakin aprelin 11-də İslamabadda ABŞ və İran arasında keçirilən növbəti danışıqlarda konsensus əldə olunmayıb Aprelin 21-də ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, atəşkəs rejimini İran öz təklifini təqdim edənə və bu və ya digər şəkildə müzakirələr yekunlaşana qədər uzadıb

Kaynak: trend.az

Diğer Haberler